Şirkət

ALS Global Transport

Yük daşımaları sahəsində dinamik inkişaf edən ALS Global Transport on iki ildən artıqdır ki,  birinci dərəcəli logistika həlləri təqdim edir.

Missiyamız

ALS Global Transport on iki ildən çox logistika və gömrük işində təcrübəyə malikdir. 105-dən çox beynəlxalq əməkdaşı olan şirkətimizin daşıma ünvanları məhdudiyyətsizdir. Şirkətin avtoparkın böyüməsi, beş dildə danışan komandamız və qabaqcıl rəqəmsal alətlərimizlə mükəmməl xidmət göstərməyə imkan yaradır.

Avtomobil sənayesindən istehlakçı və pərakəndə satışa, enerji, səhiyyə, sənaye, aerokosmik və texnologiyaya qədər müxtəlif sektorlarda hər növ və ölçüdə şirkətləri dəstəkləyirik.

Hər bir göndərmə, hər bir müştəri, hər bir tərəfdaş, etdiyimiz hər səfərdə etibar, dayanıqlıq və yenilik təmin etmək öhdəliyimizdir.

ALS Global Transport – da biz yüklərin daşınması sahəsində təcrübəmizlə, qlobal miqyasda səmərəli ticarət logistikasına töhfə verməklə Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafına öz töhfəmizi verməyə çalışırıq.

Vizyonumuz

ALS Global Transort-un məqsədi gələcək logistika və nəqliyyatın, yeni mükəməllik, innovasiya və dayanlıqlıq standartların təyin olunaraq yenidən qurulmasında töhfə verməkdir. Təsəvvürümüzdə düyna üzrə qlobal orqanik şəbəkə üzərindən müəssələr və birləşmələr əlaqə quraraq güclənib və inkişaf etməlidir. Yük daşınması və nəqliyyat sahəsində lider mövqe tutmaq üçün ən dəyərli varlığımızı — işçilərimizi eyni dərəcədə inkişaf etdirməyə çalışırıq. Ən cəlbedici işəgötürən olmaq hədəfi ilə, iş mühütündə vacib olan bütün mədəniyyətləri inkişaf etdirməyi öhdəmizə götürürük. Logistika düynasının dəyişməsi üçün, əməkdaşlıq münasibətlərini bərkidib, yeni həllər təqdim edərək, dayanıqlı dəyərləri yaratmaq hədəfindəyik.

Dəyərlərimiz

  • Etibar
  • Təhlükəsizlik
  • Müştəri yönümlü
  • İdarəetmə
  • Komanda ruhu
  • Hörmət
  • Mükəmməlliyə can atmaq
  • Şəffaflıq və açıqlıq